Ziya Məmmədov özünə 270 minlik maşın alıb?

Ziya Məmmədov özünə 270 minlik maşın alıb?

13-09-2018 14:22 / Bu xəbər 2448 dəfə oxundu

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə bahalı avtomobil alıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Ziya Məmmədov qiyməti 268 min manat olan "Audi A8 Premium" maşını alıb. 

Dövlət qeydiyyat nişanı 99-AA-558 olan avtomobili onun işlədiyi dövrdə sürücüsü olan şəxs idarə edir.
 
Ziya Məmmədovdan məlumatla bağlı mövqe öyrənmək mümkün olmayıb.