"Yüksək səviyyəli görüşün reallaşmasına çalışırıq" - Amerikalı həmsədr

11-03-2017 17:08 / Bu xəbər 1515 dəfə oxundu

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar masasına ən yüksək səviyyədə qayıtmaq lazımdır. Biz öz fəaliyyətimizi yüksək səviyyəli görüşün reallaşdırılmasına cəmləşdirmişik. Belə bir görüşün tezliklə baş verəcəyi təəssüratı yaratmaq istəməzdim, ancaq ümidvaram ki, görüş ən yaxın gələcəkdə baş tutacaq”.

Bu sözləri ATƏT-in Minsk qrupunun Bakıda səfərdə olan amerikalı həmsədri Richard E. Hoagland martın 11-də keçirdiyi mətbuat konfransında deyib.

O, prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərindən, uzun müzakirələr aparmalarından bəhs edib.
ATƏTpin Minsk Qrupunun həmsədrləri Bakıda prezidentg İlham Əliyevlə görüşür, 11 mart 2017
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bakıda prezidentg İlham Əliyevlə görüşür, 11 mart 2017

"Aprel döyüşlərinin ildönümü danışıqlar masasında qeyd olunmalıdır"

Richard E. Hoagland vurğulayıb ki, həmsədr ölkələr münaqişənin hərbi yolla həllini mümkün hesab etmirlər.

"Danışıqlar prosesinin davam etdirilməsi vacibdir. 2016-cı ildə yaşanmış aprel hadisələrinin ildönümü də məhz danışıqlar masasında qeyd olunmalıdır”, deyən həmsədr Azərbaycandan sonra səfər edəcəkləri Ermənistanda da münaqişənmin tənzimlənməsi ilə bağlı eyni mesajları verəcəklərini qeyd edib.

Richard E. Hoagland 25 il davam edən danışıqlar prosesinin nəticəsiz olması barədə jurnalistlərin sualına cavabında qeyd edib ki, müharibənin davam etdirilməsinin qarşısı alınıb.

"Ola bilsin ki, 25 ildə nəticə olmasın. Ancaq bu müddətdə müharibənin qarşısını alan fəal diplomatik addımlar atılıb. Həm də diplomatik fəaliyyətin məqsədi həll üçün uyğun mühitin yaradılmasıdır. Həmsədr ölkələr münaqişə tərəfləri siyasi iradə sərgiləyənədək səylərini davam etdirəcək”.

Həmsədr münaqişə edən ölkələrin ritorikasının hərbi məzmunlu olmasına diqqət çəkərkən, bu riktorikanın daha çox daxili ictimai rəyə yönəlik olduğunu ifadə edib.///azadliq.org