Yeni siyahıda 150 "siyasi məhbus" var

Yeni siyahıda 150

07-12-2018 12:29 / Bu xəbər 987 dəfə oxundu

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü ərəfəsində "Azərbaycan siyasi məhbusların azadlığı uğrunda" (ASMAU) hüquq-müdafiə təşkilatı siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb.

Qurumun həmtəsisçilərindən, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev deyib ki, yenilənmiş siyahıda 150 nəfərin adı var.

"Onlardan 70%-i dindardır və böyük hissəsi 2015-ci il Nardaran hadisələrilə bağlı həbs olunub. Həmin hadisələrlə bağlı həbs olunanlar ümumilikdə 500 il həbs cəzası alıb”, Quliyev qeyd edib.

2015-ci il Nardaran hadisələril iə bağlı həbs olunanlara ümumilikdə 500 il həbs cəzası verilib.

ASMAU koordinatoru, Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov qeyd edib ki, avqustun əvvəlində öncəki siyahı açıqlandıqdan sonrakı müddətdə şərti olaraq buraxılan bəzi siyasi məhbuslar azadlığa çıxıb.

Eyni zamanda siyasi məhbusların sıralarına yeni şəxslər daxil olub. Belə ki, Müsavat Partiyasının fəalı, Litvada siyasi sığınacaq almış Azad Həsənov həbs olunub. O, atasına baş çəkmək üçün gəlib. Ancaq narkotik maddənin qanunsuz dövriyyəsi kimi uydurma ittihamla həbs edilib.

Müsavat Partiyası Gənclər Təşkilatının rəhbəri Əbülfəz Sadıqbəyli də siyasi məhbus kimi tanınıb. O, sənədlərin saxtalaşdırılmasında ittiham olunub.

"Adətən bu cür işlər üzrə istintaq məhkəməyəqədər həbs olmadan aparılır. Odur ki, fəalın səhih sübutlar olmadan tələsik həbsi onun siyasi motivli olduğunu təsdiqləyir", Həsənov bildirib.

ASİMAU-nun həmtəsisçilərindən biri, "Tolışi sado" ("Talışın səsi") qəzetinin redaktoru Hilal Məmmədov deyib ki, Azərbaycanda insan hüquqları təkcə siyasi sahədə pozulmur. O, Bakıdakı 175 saylı məktəbin direktorunun yüksək vəzifəli polisin qohumu tərəfindən döyüldüyünü qeyd edib.

Siyasi məhbuslar müxtəlif kateqoriyalara bölünür: "Nardaran məhbusları", "heykəl məhbusları", "Facebook məhbusları". Lakin bu işlərin hamısını ümumi əlamətlər və meyarlar birləşdirir - ittihamların saxtalaşdırılması, qanunsuz hökmlər, həbsxanada hüquqların pozulması.

H.Məmmədov təəssüflə vurğulayıb ki, 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü "qara bayram" kimi qeyd olunur. O həmçinin diqqəti Nardaran hadisələrinə görə həbs olunanlara yönəldib.

"Uzun müddətə azadlıqdan məhrum edilmələrinə baxmayaraq, onlar həbsxanalarda təzyiqə və işgəncələrə məruz qalır", Məmmədov qeyd edib.

O deyib ki, siyasi məhbuslar müxtəlif kateqoriyalara bölünür: "Nardaran məhbusları", "heykəl məhbusları", "Facebook məhbusları". Lakin bu işlərin hamısını ümumi əlamətlər və meyarlar birləşdirir - ittihamların saxtalaşdırılması, qanunsuz hökmlər, həbsxanada hüquqların pozulması.

"Azərbaycan siyasi məhbusların azadlığı uğrunda" yeni hüquq-müdafiıə təşkilatının təqdimatı noyabrın 14-də olub. Qurumun təsisçiləri Leyla Yunus (Sülh və Demokratiya İnstitutu), Elşən Həsənov (Siyasi Məhbusların Müdafiəsi Mərkəzi), Hilal Məmmədov ("Tolışi sado" qəzetinin baş redaktoru) və Eldəniz Quliyevdir (Azərbaycan Ziyalılar İttifaqının sədri).

Öz növbəsində, Azərbaycan hökuməti ölkədə siyasi məhbusların olması fikri ilə razılaşmır. Yüksək hökumət rəsmiləri bütün fundamental azadlıqların təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu bildirir. Rəsmi Bakı hüquq və azadlıqlaırn pozulması ilə bağlı tənqidləri bir qayda olaraq qərəzli adlandırır.

Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanda azadlıqların pozulması ilə bağlı çoxsaylı qərarlar qəbul edib. Amnesty İnternational təşkilatı Azərbaycanda ondan çox insanı "vicdan məhbusu” elan edib.

Amerikanın Səsi