XİN-in qarşısında aksiya keçirən müsavatçı saxlanılıb

XİN-in qarşısında aksiya keçirən müsavatçı saxlanılıb

17-09-2018 10:43 / Bu xəbər 1977 dəfə oxundu

Sentyabrın 15-də Müsavat Partiyasının üzvü Əziz Şahinoğlu Qəhrəmanov Xarici İşlər Nazirliyi qarşısında təkbaşına aksiya keçirdiyi üçün saxlanılıb.

Bu haqda "Basta”ya onun oğlu Ceyhun Qəhrəmanov məlumat verib.

Məlumata görə, müxalifət fəalı "XİN mənasız sülh danışıqlarını durdurun! Düşmənlə müharibə dili ilə danışın!” şüarını qaldırıb, hadisə yerinə gələn polis onu 29-cu polis bölməsinə aparıb.

Polis bölməsindən müxalifətçinin aqibəti haqda məlumat almaq mümkün olmayıb. Əziz Şahinoğlunun telefon nömrəsinə 5 saata yaxındır zəng çatmır.

Müsavat Partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə, bu gun saat 12:30-da Yasamal Rayon Məhkəməsində partiyanın Sabunçu təşkilatının üzvü Əziz Şahinoğlu Qəhrəmanovun məhkəməsi olacaq.

Qeyd edək ki, Əziz Şahinoğlu ötən il müxalifətin mitinqində iştirak etdiyi  üçün 20 sutka müddətinə azadlıqdan məhrum edilib.