XİN-in “qara siyahı”sında olan məşhurlar - 137 siyasətçi, 190 media nümayəndəsi...

XİN-in “qara siyahı”sında olan məşhurlar - 137 siyasətçi, 190 media nümayəndəsi...

21-03-2017 23:11 / Bu xəbər 3333 dəfə oxundu

Rəsmi Bakının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, işğal altında olan ərazilərə səfər edən bloger Aleksandr Lapşin fevralın 7-də Belarusda həbs edilərək, Azərbaycana ekstradisya olundu. 

Baş Prokurorluq A.Lapşini Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməkdə və Dağlıq Qarabağın müstəqilliyini tanımağa açıq çağırışlar etməkdə günahlandırır.

Toplum.Tv olaraq, bu məsələ bizi Azərbaycan Respublikasına girişi qadağan olunmuş "arzuolunmaz şəxslər”in siyahısına nəzər yetirməyə vadar etdi. 

Xarici İşlər Nazirliyinin 2 mart 2017-ci ildə yenilədiyi siyahıda  622  nəfər şəxsin adı var (http://www.mfa.gov.az/files/file/Yenilenmish_02.03.2017.pdf). 

Nazirlik bu şəxsləri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiynə görə siyahıya saldığını bildirir. Siyahıda olan şəxsləri peşələri və faliyyətləri üzrə qruplaşdırsaq, görərik ki, bunlardan 137-si siyasətçi, 190-ı media nümayəndəsi, 47 nəfəri vətəndaş cəmiyyəti nümayəndəsi, 94-ü mədəniyyət xadimi və 151 nəfəri digər fərqli peşə sahibləridir.

Ölkəmizə girişi qadağan olunmuş siyasətçilərin içindən ən çox Fransa, Argentina və Uruqvay vətəndaşlarının adına rast gəlirik. 

Fransız siyasətçilərin arasında Fransa Senatının və Fransa Milli Assambleyasının üzvləri çoxluq təşkil edir. Onların içində ən diqqətçəkən ad hal-hazırda Fransanın daxili işlər naziri olan Bruno Le Rudu. O, 2015-ci ildə Fransa Milli Assambleyasının üzvü olarkən  Dağlıq Qarabağa qanunsuz səfər edib. 

Media nümayəndələrinin içində isə tanınmış "The Times” juranlının, "New York Times” qəzetininin,  "The Washington Post” qəzetinin, BBC telekanalının , NTV+ kanalının əməkdaşlarının adları var. 

Siyahıda ən çox diqqətçəkən adlardan biri də Vudro Vilson Fondunun prezidenti Donald Vilson Buşdur. 
 
Digər peşə sahiblərindən ən maraqlılarından biri asrtonavt olan Klaud Nikolyedir.  

Qara Məhəmmədoğlu
Toplum.Tv