Ukraynada "öldürülmüş" jurnalist sağdır

Ukraynada

30-05-2018 19:06 / Bu xəbər 2848 dəfə oxundu

Rusiyalı jurnalist Arkadi Babçenko sağdır və Kiyevdə keçirilən mətbuat konfransında iştirak edib. 

Babçenkonun çərşənbə axşamı günü Ukrayna paytaxtında öldürüldüyü haqda məlumat verilmişdi.

Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Vasili Qritsak mətbuat konfransı zamanı bildirib ki, agentlik onu öldürməyə çalışan şəxsin kim olduğunu müəyyən etmək üçün jurnalist ölümünü "səhnələşdirib”.

Ukrayna televiziyasında canlı yayımda danışan baş prokuror Yuri Lutsenko bildirib ki, mayın 29-da Ukrayna hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirərək, jurnalist Arkadi Babçenkoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.