Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edildi

Tamerlan Qarayev Azərbaycanın Litvada səfiri təyin edildi

13-12-2018 20:40 / Bu xəbər 1149 dəfə oxundu

Tamerlan Elmar oğlu Qarayev Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. 

Prezidentin digər sərəncamı ilə T.Qarayev Azərbaycan Respublikasının İndoneziya Respublikasında, eyni zamanda Filippin Respublikasında, Timor-Leste Demokratik Respublikasında, Sinqapur Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.