SMDT hərəkət etmək azadlığı ilə bağlı hesabat yaydı

SMDT hərəkət etmək azadlığı ilə bağlı hesabat yaydı

20-02-2019 12:32 / Bu xəbər 1114 dəfə oxundu

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda hərəkət etmək azadlığı və siyasi motivli səyahət qadağaları ilə bağlı dəyərləndirmə sənədi yayıb.

Bu barədə təşkilatın saytında məlumat verilib.

Məlumatda deyilir ki, sənəd  30 nəfər şəxslə aparılan müsahibə əsasında hazırlanıb. Belə ki, qadağaya məruz qalan şəxslərdən 18 nəfəri jurnalist, 5 nəfər siyasi fəal, 4 nəfər hüquqşünas və hüquq müdafiəçisi, 2 nəfər yazar, bir nəfər isə vətəndaş cəmiyyəti təşkilatı rəhbəridir.

Bu sənədin məqsədi diskriminativ şəkildə tətbiq edilən səyahət qadağalarının yaratdığı hüquqi problemlər və nəticələri barədə ictimaiyyəti, dövlət orqanları və Azərbaycan Respublikasının üzvü olduğu beynəlxalq təşkilatları məlumatlandırmaq, mövcud pozuntuların ortadan qaldırılması üçün tövsiyələr təqdim etməkdir.