''Siyasi məhbusların çoxunu Prezident Administrasiyasının hesabına azadlığa buraxdırmışıq''

''Siyasi məhbusların çoxunu Prezident Administrasiyasının hesabına azadlığa buraxdırmışıq''

19-06-2018 16:49 / Bu xəbər 2356 dəfə oxundu

18 iyun İnsan Haqları Günü ilə bağlı toplantı keçirilib. 

Tədbirdə çıxış edən hüquq müdafiəçiləri vətəndaş cəmiyyətinin dondurulmasından, insan haqlarının durumundan, işgəncə - siyasi həbs dalğasından söz açıblar.

"Turan İA”nin direktoru Mehman Əliyev bildirib ki, hakimiyyət də cəmiyyətdə artan sosial gərginlikdən xəbərdardır. O, fəallara qarşı repressiv siyasət yürütməklə, qorxu mühiti yaradıb, öz hakimiyyətini qoruyur.

Hüquq müdafiəçisi Novella Cəfərova təklif edib ki, vətəndaş cəmiyyəti güclərini birləşdirməldir.

Siyasi səbəblərdən həbs olunduğu deyilən Orxan Baxışlının anası Cəmalə Rəhimli də öz fikirlərini paylaşıb. Cəbhəçi fəal Orxan Baxışlı qanunsuz narkotik dövriyyəsində təqsirləndirilir.

Keçmiş məhbus, jurnalist Əvəz Zeynallı cəza siyasəti ilə bağlı dəyişikliklərin vacibliyindən danışıb.

Vətəndaş cəmiyyətinin fəalları bu cür toplantıların davamlı olacağını deyib.

"Siyasi məhbusların çoxunu Prezident Administrasiyasının hesabına azadlığa buraxdırmışıq”.