“Şikayətimə baxmaq əvəzinə, get vəkil tut dedilər”

“Şikayətimə baxmaq əvəzinə, get vəkil tut dedilər”

14-09-2018 19:07 / Bu xəbər 2452 dəfə oxundu

"Polisə müraciət etdim, baxan olmadı"

Binəqədi Rayonun Yuxarı Sulutəpə yerləşən Ruslan Allahverdiyev küçəsində yaşayan Ədalət Abbasov 1 aydan çoxdur ki, həmin rayonun 6-cı polis bölməsinə aldadılması ilə bağlı şikayət etsə də, şikayətinə baxan olmayıb.

Ə. Abbasov iddia edir ki, Akif Fərhadov adlı qapı-pəncərə ustası ondan 900 manat məbləğində pul alsa da, vəd verdiyi məhsulları təhvil verməyib: "Ustaya dedim ki, düzəltmirsənsə, heç olmasa pulumu qaytar başqasını tapım. Qabaqdan soyuq havalar gəlir, amma mənim evimin hələ də pəncərələri və otaqlarımın qapıları yoxdur. Akif Fərhadov dedi ki, kimə istəyirsən, şikayət elə, Cavid Qurbanovla ( "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti QSC rəhbəri) yaxınam. Uzaq başı izahat yazıb çıxacağam. Elə belə də oldu. Binəqədi Rayon 6-cı polis bölməsinə şikayət etdim, həll edəcəklərini dedilər. Amma 2 gün sonar məni çağırıb: "Bu iş mülki məcəlləyə aiddir, vəkil tut, məhkəməyə müraciət et”, - dedilər”. 

"Tapşırıqla mənim şikayitimi Cinayət Məcəlləsi konteksindən çıxarıb, mülki işdir dedilər”

"Bilirəm ki, polisə bu tapşırığı ustanın yaxınam dediyi insanlar veriblər. Bilmirəm kimə müraciət edim, fəhlə işləyib evimin təmiri üçün yığdığım pulu geri ala bilmirəm. Sabah yağış yağsa, evim içi gölə çevriləcək”, - bildirib. 

Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov Toplum.Tv-yə açıqlamasında bildirib ki, işi yenidən araşdıracağıq.

Ofelya Ramilqızı
Toplum.Tv