Sakinlər Prezident Adminstrasiyasında görüş istədilər: "Bizi aldadıblar"

Sakinlər Prezident Adminstrasiyasında görüş istədilər:

18-12-2017 12:07 / Bu xəbər 1984 dəfə oxundu

Bakıda aldadıldığını iddia edən 30-dan çox vətəndaş Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərova müraciət ediblər.

Bu barədə tendensiya.com saytı məlumat yayıb. 

Müraciətdə bildirilir ki, şikayətçilər şəxsən Fuad Ələsgərovla görüşmək istədiklərini bildiriblər: "Yazıb sizə bildiririk ki, 2014-cü ildə 30-dan çox vətəndaş Bakı şəhəri, Nərimanov rayonu, Təbrik küçəsi, ev 63 ünvanda yerləşən "Dağlar” MTK-nın vəzifəli şəxsləri Şahin Əliyev, Çingiz Rzayev və başqaları tərəfindən dələduzluq faktına məruz qalmışıq. Faktla cinayət işinin ibtidai istintaqı Baş Prokurorluq yanında Korupsiyaya qarşı Mübarizə İdarəsində aparıldı, baxmayaraq ki, bu cinayət əməli mütəşəkkil şəkildə həyata keçirilmişdir, istintaq orqanı məsuliyyəti tək bir şəxsin MTK-nın sədri Şahin Əliyevin üzərinə qoydu. Belə ki, cinayət əməllərində iştirakı olmuş başqa şəxslər, o cümlədən "Dağlar” MTK-nın təsisçilərindən biri və faktiki sahibi Çingiz Rzayevi şahid qismində tanımaqla istintaq orqanı kifayətlənmiş və onu məsuliyyətdən yayındırmışdır. Eləcə də dövlət natariusu Ərəstun İmanov bir mənzilin bir-neçə nəfərə satılmasında iştirak etmişdir və saxta müqavilələri rəsmiləşdirmişdir. Bütün bunlara baxmayaraq Korrupsiya idarəsi, Bakı Ağır Cinayətlər Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə öz aralarında "iş birliyi” quraraq bizim evsiz qalmağımızla nəticələnməsinə gətirib çıxarıblar".

"Korrupsiya İdarəsi "Dağlar” MTK-ya məxsus 890 m2 qeyri-yaşayış sahəsinə "yalançı” həbs qoymaqla bizi aldadaraq, arxayın etmiş və beləliklə, mütəşəkkil cinayətkarlıq faktını ört-basdır edərək, cinayətdə iştirakı və təqsiri olan şəxsləri məsuliyyətdən yayındırmışdır. Yuxarıda qeyd etdiyimiz hüquq instansiyaları qeyri-yaşayış sahəsinə qoyulmuş həbsi alver predmetinə çevirərək, "qərarı ləğv etmək – qüvvədə saxlamaq” oyunu quraraq 4 il ərzində çox sayda ailənin taleyi ilə oynamışdır", - sakinlər bildiriblər. 

Sakinlər dövlət orqanlarının da onlara kömək etmədiyini bəyan ediblər: "Bu illər ərzində biz o qənaət gəlmişik ki, adları çəkilən qurumlar pulumuzun, yaxud mənzillərimizin bizə qaytarılmasında nəinki maraqlı deyillər, hətta külli miqdarda pulun mənimsənilməsində əlləri olan cinayətkar dəstəyə himayədarlıq etməkdə israrlı görünürlər. Bu işlə Sizi müfəssəl məlumatlandırmaq üçün bizi şəxsən qəbul etməyinizi xahiş edirik".

Müraciətin mətnini təqdim edirik: