Saakaşvili xalqı Poroşenkoya qarşı “İmpiçment Marşı”na çağırdı

Saakaşvili xalqı Poroşenkoya qarşı “İmpiçment Marşı”na çağırdı

18-12-2017 01:36 / Bu xəbər 1934 dəfə oxundu

Odessa Vilayət Dövlət Administrasiyasının eks rәhbәri, "Yeni Qüvvələrin Hərəkat” partiyasının lideri Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ukraynalılara Poroşenkonun impiçmenti ilə bağlı 17 dekabr saat 12:00-da Taras Şevçenko meydanında keçirilәcәk mitinqdə iştirak çağırışı edib.

Bu barədə Saakaşvili özünün feysbuk səhifəsində yazıb. Saakaşvili müraciətində bildirib ki, bu mitinqin keçirilməsi hakimiyyəti diktaturaya aparan son addımı atmaqdan çəkindirmək üçün vacibdir. Onun sözlərinə görə, bu, ölkəni fəlakətdən qurtarmaq üçün önəmlidir.

Saakaşvili bildirib ki, heç bir kompromis siyasi repressiyalardan, baş prokurorun istefasından, anti-korrupsiya məhkəmələrinin və mexanizmlərinin yaradılmasından, Ukrayna Milli Anti-Korrupsiya Bürosunun işində ölkə rəhbərliyinin müdaxilәsinә son qoyulmasından artıq ola bilməz.

Eks prezident onu da bəyan edib ki, Ukraynada diktaturanın önünü kəsmək üçün həyatından belə keçməyə hazırdır.

azadliq.info