Qubada kanat qırıldı, ölən və yaralanan var

Qubada kanat qırıldı, ölən və yaralanan var

09-07-2018 17:33 / Bu xəbər 1931 dəfə oxundu

Daha iki nəfər xəstəxanaya yerləşdirilib

Quba rayonunda bədbəxt hadisə baş verib.

"APA” agentliyinin verdiyi məlumata görə, Qubadakı hotellərdən birində kanatın qırılması nəticəsində hotelin əməkdaşı, Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu ölüb.

Quba rayon sakinləri, 1958-ci il təvəllüdlü Həsənov Rafiq Əziz oğlu və 1985-ci il təvəllüdlü Əliməmmədov Ruhid Mehman oğlu xəsarət alaraq Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

"Qafqazinfo” saytının məlumatına əsasən, hadisə "Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) baş verib.

Əvvəllər sabiq nəqliyyat naziri Ziya Məmmədova aid  "Garant Holding” şirkətlər qrupuna daxil olan "Quba Rixos Hotel", daha sonradan rebrendinq edilərək "Quba Palace Hotel” adlanıb və "Paşa Holdinq" şirkətlər qrupunun tərkibinə keçdiyi deyilir.