Qarabağ əlili icra başçısına etiraz edərək evini yandırdı

Qarabağ əlili icra başçısına etiraz edərək evini yandırdı

12-05-2018 12:12 / Bu xəbər 2945 dəfə oxundu

"Cənab prezident, üç gün ərzində səsimə səs verməsəniz, özümü qaz borusundan asacağam".

Bu sözləri Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən döyüldüyünü iddia edən Qarabağ qazisi Fuad Əkbərov deyib.

o, müsahibə verdiyi "Kanal13"-ün əməkdaşları önündə evinə od vurub.

F. Ələkbərov Abşeronun icra başçısı İradə Gülməmmədovaya da etiraz edib: "214 manat dövlətdən pensiya alıram, bunu da İradə Gülməmmədovanın qoçularına verməliyəm?”. 

Evinə od vurmamışdan əvvəl F.Əkbərov bildirib ki, aprelin 12-də saat təxminən 12 radələrində Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları onu döyərək evini dağıdıblar: ”Başda Baba adlı şəxs olmaqla polisin gözləri qarşısında məni bu hala saldılar. Bu ona görə baş verdi ki, razılaşmalısan. Əlimdə dövlətin verdiyi kupça var, amma pul tələb edirlər. Onlara əhəmiyyət vermədim deyə məni döyüb evi dağıtdılar. Etirazımı necə edə bilərəm? Bu mənim mənzilimdi, bunu benzin tökərək yandıra bilərəm. Mən belə quruluşa yox deyirəm. Mən korrupsiyaya yox deyirəm. Mən 214 manat pensiya alıram. Bunu necə sizə verə bilərəm? Amma İradə Gülməmmədovanın qoçuları istəyir”.

Sözünü deyib bitirən F.Əkbərov sonra evə benzin tökərək o vurub. 

İcra Hakimiyyəti isə məsələ ilə bağlı açıqlama vermək istəməyib.