Putin Trampın əvəzinə Türkiyə prezidenti ilə görüşə bilər

Putin Trampın əvəzinə Türkiyə prezidenti ilə görüşə bilər

01-12-2018 16:20 / Bu xəbər 1566 dəfə oxundu

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampın G20 sahələrində rusiyalı həmkarı ilə görüşdən imtina etməsindən sonra boşalan vaxt ərzində görüşə bilərlər.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Bizim Trampın imtinasından sonra boş qalan vaxt ərzində Ərdoğanla görüşmək barədə razılığımız var", — deyə mənbə bildirib.

Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərinin olduğunu və iki ölkə başçısı arasında görüşün reallaşacağına əminliyini bildirib.

O bu barədə cümə günü "Amerikanın səsi" radiosuna müsahibəsində danışıb.

"Onunla (Putinlə) görüşəcəyəm. Düşünürəm ki, bizim çox yaxşı əlaqələrimiz var. Fikrimcə Rusiya, Çin və digər ölkələrlə çox yaxşı münasibətlərimiz olacaq", - deyə Tramp Rusiya lideri ilə görüş barədə suala cavab verərkən bildirib.

"Düzünü desəm, Ukraynada gəmi və dənizçilərlə bağlı baş verən hadisələr fonunda görüşmək sadəcə uyğun deyil. Mən onunla (Putinlə) vaxtı gələndə görüşəcəyəm", - deyə Tramp qeyd edib.

Bundan əlavə, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putin ilə Argentinada planlaşdırılan görüşü tamamilə Kerç boğazındakı hadisəyə görə ləğv etdiyini təsdiqləyib.