Oqtay Əsədov: "Səməd, möhkəm ol"

Oqtay Əsədov:

18-05-2018 16:32 / Bu xəbər 2646 dəfə oxundu

"AŞPA-nın qərarı ədalətsizdir. Bu, Azərbaycana olan təzyiqdir”.

Bunu Milli Məclisin bu gün, mayın 18-də keçirilən iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən deyib.

O deyib ki, AŞPA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanskiyaya məruz qalmırlar: "Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Bu da ikili standartlardır. Azərbaycan öz haqq sözünü deyəndə sanksiyaya məruz qoyurlar, biz düz yoldayıq. Bu, mənim üçün qüsur yox, şərəfdir, çünki mən Azərbaycanın maraqlarını qoruyuram”.

"Azərbaycana qarşı AŞPA-da qəbul edilən sanksiya ilk deyil. Təəssüf ki, adını mətbuat orqanı qoyan bəzi saytlar bunu ilk sanksiya kimi əldə bayraq edir”.

Bunu spiker isə Oqtay Əsədov Milli Məclisin bu gün keçirilən iclasında bildirib. 

Spiker bildirib ki, belə bir sanksiya AŞPA-nın Azərbaycan Milli Məclisində keçirilən toplantısında da qəbul olunub: "Amma nə dəyişdi? Heç nə. O vaxt AŞPA-nın iclası Bakıda keçiriləndə biz Qarabağa qanunsuz səfər edən deputatın burada iştirak etməsinə icazə vermədik. Dərhal bizə qarşı sanksiya tətbiq etdilər ki, iki il Bakıda AŞPA-nın tədbirlərinə icazə verilməyəcək. Nə oldu? Bir il sonra özləri peşman oldular. Bizdə iclas keçirmək istədilər. Mən dedim ki, biz sanksiya altındayıq, olmaz. İndi də belə. Bu sanksiya da bizə təsir göstərməyəcək. Səməd Seyidovun fəaliyyətinə bələdik. Ona fəaliyyətinə görə təşəkkür edirik. O da, Azərbaycan nümayəndə heyəti də fəaliyyətini bundan sonra davam etdirəcək. Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol”.

APA