Nigar İsmayılqızına görə Mehriban Əliyevaya müraciət olundu

Nigar İsmayılqızına görə Mehriban Əliyevaya müraciət olundu

13-09-2018 13:56 / Bu xəbər 2224 dəfə oxundu

Leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızının vəziyyəti daha da ağırlaşıb. 

Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilib. Onun bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət ediblər. Nəticədə bir çox dövlət xadimini və ölkə ziyalısını əhatə edən kompaniya başlayıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ünvanlanıb.
 
Bu haqda Nigarın İsmayılqızının bacısı Aytən İsmayılova məlumat verib.
 
Müraciətdə Nigarın İsmayılqızının sağlıq durumunun ağır olması, ona yardım edilməsi xahiş olunur. 

"Hər zaman ağır vəziyyətdə olan insanların son ümid yeri kimi onlara yardım etmisiniz.  Azərbaycanın neçə-neçə tanınmış vətəndaşları və adları bizə məlum olmayan insanlar var ki, sizin mərhəmətiniz sayəsində yenidən həyata qayıdıblar. Bu gün hamımızın sevimlisi Nigar İsmayılqızı həyatla ölüm arasında yaşam mücadiləsi aparır.  Azərbaycanda və Türkiyədə məşhur olan, öz istedadı və qələmi ilə yüzminlərin sevimlisinə çevrilən yazıçı-jurnalist Nigar İsmayılqızı hazırda ağır vəziyyətdə Leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir", - Aytən İsmayılova bildirib.