Nazarbayevin qudasından Ermənistana dəstək - Şuşa məscidinə pul ayırdı

Nazarbayevin qudasından Ermənistana dəstək - Şuşa məscidinə pul ayırdı

02-02-2018 02:34 / Bu xəbər 4647 dəfə oxundu

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qızının qudası, bu ölkənin məşhur iş adamı Kayrat Boranbayev Şuşada Yuxarı Gövhər Ağa məscidini təmir etdirəcəyini açıqlayıb. 

Toplum.Tv xəbər verir ki, bu barədə Qazaxıstanın forbes.kz saytı "Ermənistan inkişafı təşəbbüsü"(IDeA) fonduna istinadən məlumat yayıb. 

"İş adamı Kayrat Boranbayev bu möhtəşəm tarixi abidənin bərpası üçün hazır olduğunu dilə gətirib",- deyə IDeA Donor Fondunun açıqlamasında deyilir. 

Açıqlamada bildirilib ki, bu abidənin bərpası Şuşanın tarixi zənginliyinin numayişi ilə yanaşı, həm də Qarabağda yeni turistik mərkəzin yaranmasına səbəb olacaq.

Kayrat və Şolpan Boranbayevlər "Ermənistanin inkişafı təşəbbüsü" fondunun saytında üzv kimi qeyd olunublar.

"Forbes Kazakhstan" yazır ki, Kayrat Boranbayev 2017-ci ildə Qazaxıstann 50 ən varlı biznesmeni arasında 13-cü yerdə olub.

Məlumatda həmçinin qeyd olunur ki, Şuşadakı Yuxarı Gövhərağa məscidinin tikintisi XVIII əsrdə başlamış, 1883-1883—1884-cü illərdə başa çatıb. 

Məscidi İbrahimxəlil xanın qızı Gövhər ağanın vəsaiti hesabına memar Kərbəlayı Səfixan Qarabaği tikib. 

Tarixi araşdırmalara görə, indiki məscidin yerində hələ Pənahəli xanın dövründə qarqu və qamışdan bir məscid tikilib. 

Pənah хanın tikdirdiyi qarqu məscid 1768-ci ildə İbrahimxəlil xan tərəfindən daşla əvəz etdirilib. 

Məscid də minarəsiz kasıb görünüşə malik olub. Amma məscidin bu görünüşü onun qızı Gövhər ağanı qane etməyib və o, məscidi tamamilə sökdürüb, yerində qoşa minarəsi olan yeni bir məscid tikdirib. Bundan sonra Şuşa məscidi Yuхarı Gövhər ağa məscidi kimi tanınmağa başlayıb.