Navalny Avropa Məhkəməsində Rusiyanı ittiham edib

Navalny Avropa Məhkəməsində Rusiyanı ittiham edib

24-01-2018 20:48 / Bu xəbər 2555 dəfə oxundu

Rusiyanın müxalifət lideri Aleksei Navalny Avropa İnsan Haqları Məhkəməsində deyib ki, onun Rusiya hakimiyyəti tərəfindən dəfələrlə həbs olunması siyasi motivlidir.

Navalny Strasburqdakı məhkəmədə yanvarın 24-də çıxış edib. 

Elə bu gün məhkəmə onun Rusiyada saxlanması insidentləri üzrə bu ölkəyə qarşı şikayətinə baxır. 

O, nümayişlərə qatılmaq istərkən saxlanıb, bəzən də həbsə atılıb.

Bu məhkəmədən bir neçə gün sonra Navalny Rusiyada 18 mart prezident seçkisini boykot çağırışına dəstək etirazları planlaşdırır. O, seçkidə hazırkı prezident Vladimir Putin-in daha altı aylığa prezident seçiləcəyinə əminliyini bildirib.

"Navalny Pultinin qorxduğu adamdır"

"Bu işdə siyasətin olmaması ehtimalı bizim bu binada dinozavr görməyimiz, yaxud Putin-in mart seçkisini uduzması qədər aşağıdır”, – Navalny söyləyib.

Seçki kampaniyası aparan müxalifətçinin namizədliyi Mərkəzi Seçki Komissiyasında qeydə alınmayıb, ona qarşı şərti məhkumluğun olması əsas gətirilib.

Navalny isə bildirir ki, özünə qarşı maliyyə ittihamlarıyla iki cinayət işini Kreml onu müxalifətçiliyinə görə cəzalandırmaq, dövlət vəzifəsindən kənar tutmaq üçün saxtalaşdırıb.

Məhkəmədə vəkili Olga Mikhailova çıxış edərək deyib ki, "Navalny Putin-in qorxduğu adamdır”.

Avropa İnsan Haqları məhkəməsi ötən ilin fevralında çıxardığı qərarda Rusiya hakimiyyətinin müxalifətçinin azad toplaşma hüququnu pozduğunu, onu 2012-2014-cü illərdə yeddi dəfə qanunsuz saxladığını bildirib. 

Bu qərardan həm Navalny, həm də Rusiya apelyasiya verib.

Məhkəmə Rusiyanın müxalifətçiyə 63 min avro ödəməsi barədə qərar çıxarmışdı.

Avropa Məhkəməsinin qərarını yaxın günlərdə verəcəyi gözlənir.///azadliq.org