Navalnı 15 günlük azadlıqdan məhrum edildi

Navalnı 15 günlük azadlıqdan məhrum edildi

27-03-2017 18:05 / Bu xəbər 1394 dəfə oxundu

Moskva Tverskoy məhkəməsi martın 27-də müxalifət fəalı Aleksei Navalny-nı 15 sutkalıq azadlıqdan məhrum edib. 

O, polisə tabe olmamaqda ittiham olunur.

Məhkəmə elə həmin gün-bir qədər əvvəl, Moskvada qanunsuz aksiyaya təşkil etmə ittihamı ilə onu 350 dollar məbləğində cərimə də edib.

Vəkili Olga Mikhaylova ittihamı əsassız adlandırıb və Navalny-nin birbaşa məhkəmə zalından azad olunmasını tələb edib.

Navalny-nı isə hakimdən baş nazir Dimitry Medvedevin ifadə verməsini istəyib, amma vəsatət təmin olunmayıb.
 
Martın 26-da Moskvada korrupsiya əleyhinə nümayişdə ümumilikdə azı 1030 nəfərin saxlandığı bildirilir.

Onların əksəriyyəti protokol tərtib edildikdən sonra polis bölməsindən sərbəst buraxılıblar.

Lakin müxalifət fəalı Aleksei Navalny və korrupsiyaya qarşı mübarizə fondunun Moskva ofisinin bütün üzvləri də daxil olmaqla azı 120 nəfər səhərədək polis şöbəsində qalmalı olublar.

İstintaq komitəsi həmçinin polisə hücum faktı ilə bağlı cinayət işi qaldırıb.

Martın 26-da müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə Rusiyanın bir neçə şəhərində korrupsiya əleyhinə etiraz aksiyaları keçirilib.

Aksiyaların çoxu yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb.

Təkcə Moskvada "gəzinti” formatında keçirilən aksiyada 20 minədək adam iştirak edib.