Müxalifətin mitinqinə icazə verildi

Müxalifətin mitinqinə icazə verildi

07-03-2018 15:53 / Bu xəbər 2122 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müxalifətin martın 10-da mitinq keçirməsi ilə bağlı müraciətini cavablandırıb. 

BŞİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya bildirib ki, BŞİH aksiyanın martın 10-da keçmiş "Məhsul" stadionunda keçirilməsinə razılıq verib. 

Milli Şura və Müsavat Partiyası martın 10-da "Məhsul” stadionunda mitinq keçirmək üçün BŞİH-ə müraciət edib.
 
NİDA Vətəndaş Hərəkatı mitinqdə iştirak edəcəyini açıqlayıb. 
 
REAL Hərəkatı isə mitinqdə təşkilatçı kimi iştirak etməyəcəyini, üzvlərinin isə sərbəst şəkildə iştirak edə biləcəyini bəyan edib.