Müxalifətçi xəstəxanada aclığı davam etdirir

Müxalifətçi xəstəxanada aclığı davam etdirir

20-08-2018 15:58 / Bu xəbər 2174 dəfə oxundu

Rusiyanın Levy Front (Sol Cəbhə) müxalifət hərəkatının həbs olunmuş rəhbəri Sergei Udaltsov xəstəxanada aclıq aksiyasını davam etdirir. 

Onu dehidrasiya diaqnozuyla avqustun 19-da xəstəxanaya aparıblar.

Həyat yoldaşı Anastasia Udaltsovanın avqustun 20-də bildirməsinə görə, əri "quru” aclıq aksiyasını davam etdirir, ərzaq və sudan imtina edir. 

O, "vacib maddələrin onun damarlarına köçürüldüyünü” bildirib.

Udaltsov quru aclığa avqustun 14-də başlayıb, pensiya yaşının artırılmasına etiraz edir. Moskva məhkəməsi onu elə həmin gün ictimai toplantı keçirilmə qaydalarının pozulmasında təqsirli bilərək 30 sutkalıq həbsə məhkum edib.

İyulun 28-də on minlərlə rusiyalı pensiya yaşının qaldırılmasına etiraz aksiyaları keçirib. Udaltsov Moskvadakı yürüşlərin təşkilatçılarından olub.

Hazırda parlamentdə baxılan qanunvericilik pensiya yaşının kişilər üçün 2018-ci ilədək 60-dan 65-ə, qadınlar üçün 2034-cü ilədək 55-dən 63-ə qaldırılmasını nəzərdə tutur.

Rusiya rəsmiləri illərdir xəbərdarlıq edirlər ki, ölkənin demoqrafiyasını, işçi qüvvəsini, büdcə layihələrini nəzərə alaraq təqaüd yaşı qaldırılmalıdır.

Plan iyunda açıqlanıb və ictimai qəzəb doğurub. Bundan sonra prezident Vladimir Putinin reytinqinin gözəçarpan dərəcədə düşdüyü bildirilir.

Rusiyanın tanınmış müxalifət fəalı olan Udaltsov 2017-ci ilin avqustunda həbsdən buraxılıb. O, 2012-ci ilin mayında Putin və Rusiya hökumətinə etiraz etdiyinə görə 4 il yarımlıq həbsə məhkum edilmişdi.

2012-ci il etirazlarında zorakılıq baş vermişdi. Udaltsov "kütləvi qarışıqlıq” yaratmaqda təqsirli bilinmişdi. Həmin zorakılıqlar görə nümayişçilərlə polis bir-birini ittiham edir.///azadliq.org