Mövludum üçün ağı - Elnur Astanbəyli

Mövludum üçün ağı - Elnur Astanbəyli

20-03-2017 21:41 / Bu xəbər 3968 dəfə oxundu

Arqument.Az şair Elnur Astanbəylinin faciəvi şəkildə dünyasını dəyişən gənc yazar Mövlud Mövluda həsr etdiyi şeiri təqdim edir: 

Gedən balam, dön bəri bax, 
Bircə söz deyim, elə get...
Saçlarını qəşəng dara,
Köynəyini ütülə get...

Taleyin sənnən qəsdi nə?!
Belə ki, durdu qəsdinə -
Zalım dərdlərin üstünə
Bıçağını itilə get...

Həncəridi təzə yerin, -
İstidi, soyuqdu, sərin?
Darıxsan, ya Əli Kərim,
Ya Eldar Baxışgilə get...