Lerikin bərbad kənd yolları - VİDEO

Lerikin bərbad kənd yolları - VİDEO

13-09-2018 09:56 / Bu xəbər 2254 dəfə oxundu

Lerikin ucqar Şivlə və Biləvər kəndlərinin yolları sakinlərə çətinlik törədir.

Sakinlər deyir ki, payız və qış aylarında vəziyyət daha acınacaqlıdır.

Onların sözlərinə görə, kənddə tibb məntəqəsi olsa da, xəstəxana üçün rayona getməlidirlər. 

Yolsuzluq isə xəstələri vaxtında xəstəxanaya çatdırmağa mane olur.

Səhiyyə Nazirliyi deyir ki, hər kənddə xəstəxana inşa etmək mümkün olmadığı üçün, kəndlərdə tibb məntəqələri fəaliyyət göstərir.

"Azəravtoyol" ASC deyir ki, bir çox kəndlərdə yollar torpaq örtüklüdür və ora asfalt çəkmək mümkün deyil.

Qurumun sözçüsü Anar Nəcəfli belə kənd yollarının çınqıl örtüklü çəkilməli olduğunu deyir.

Bu il bu kəndlərdə yol çəkilməsi planda olmasa da, qurum sakinlərin problemlə bağlı müraciət etməsini tövsiyə edir.

Videosüjeti BBC News Azərbaycanca əməkdaşları Cəmilə İbrahimova və Günel Səfərova hazırlayıb.