Könül Şamilqızının "İstiqlal həsrəti"

Könül Şamilqızının

16-05-2018 16:53 / Bu xəbər 5839 dəfə oxundu

Türkiyə yaşayan jurnalist Könül Şamilqızının yeni kitabı işıq üzü görüb.

Türkcə nəşr olunan "İstiqlal Həsrəti" adlı antologiyada Azərbaycanın mühacir ədəbi nümunələri (poeziya) toplanıb. 
 
Antologiya Azərbaycan Kültür Dərnəyinin yayın orqanı olan "Azərbaycan" dərgisinin 1952-ci ildə çıxan ilk sayından Azərbaycanın müstəqilliyə qovuşduğu 1991-ci ilin oktyabrına qədərki dövrdə yayınlanan şeirləri əhatə edir. 

Kitabda 101 şəxsə aid 409 şeir yer alır. Şeirlərin hamısı Azərbaycanla, istiqlalla, bayraqla, vətən həsrəti ilə bağlıdır.

2017-ci ildə Türkiyədə jurnalistin "Krım Ateşi" adlı ilk kitabı çap olunub.

Kitab Ukrayna ərazisi olan Krımın Rusiya tərəfindən işğal olunmasından bəhs edir. 

Jurnalist "Bir işğalın anatomiyası" adlandırdığı kitabı 3 illik əməyinin bəhrəsi hesab edib. 

Arqument.Az