Jurnalist Əfqan Sadıqovun saxlandığı yer məlum deyil

Jurnalist Əfqan Sadıqovun saxlandığı yer məlum deyil

10-07-2018 18:25 / Bu xəbər 275 dəfə oxundu

Jurnalist, azel.az saytının baş redaktoru Əfqan Sadıqovun saxlandığı yer indiyədək məlum deyil.

Bu barədə Turan-a jurnalistin həyat yoldaşı Sevinc Sadıqova bildirib. 

Onun sözlərinə görə, Nərimanov Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə 30 sutka azadlıqdan məhrumetmə barədə qərar çıxarılsa da, Ə.Sadıqov müvəqqəti saxlama təcridxanasında yoxdur.

İyulun 6-da Cəlilabadda saxlandığı vaxtdan dörd sutka keçsə də onun harada olması barədə ailəsinə məlumat verilmir. Ancaq doğmalarına deyiblər ki, Bakıya aparıblar.

Ə.Sadıqlı bir il yarım müddətə həbs cəzasından sonra mayın 23-də azadlığa çıxıb. O

2016-cı il noyabrın 22-də həbs edilmişdi. Ə.Sadıqov Cəlilabad İcra Hakimiyyətinin binasında bir qadını vurmaqda ittiham olunub. 

O 2,5 il müddətinə azadlıqdan məhrum edilib, sonra həbs cəzası 1,5 ilədək azaldılıb. 

Azadlığa çıxdıqdan sonra bildirib ki, yalan ittiham əsasında mühakimə edilib və Avropa İnsan Hüquqları Məhkəməsində həbsinin qanunsuz olmasının tanınmasına nail olacaq.