İşçi Qrup: Azərbaycanda 70 siyasi məhbus var

İşçi Qrup: Azərbaycanda 70 siyasi məhbus var

20-03-2019 17:01 / Bu xəbər 1824 dəfə oxundu

Siyasi Məhbusların Siyahısı üzrə İşçi Qrupun 127 siyasi məhbus təsbit etdiyi 20 fevral 2019-cu il tarixli sonuncu hesabatından Prezidentin 16 mart 2019-cu il tarixli əfv sərəncamına qədər 5 siyasi məhbus azadlığa çıxıb: 

2 nəfər (Vidadi Rüstəmli, Ruslan Nəsirov) şərti cəza ilə, 1 (Mehman Hüseynov) nəfər cəzasını başa vuraraq, 1 nəfər (Əbülfəz Sadıqov) azadlığın məhdudlaşdırılması cəzası alaraq, 1 nəfər (Elnur Cavadov) cəzasının çəkilməmiş hissəsindən azad edilməklə  həbsdən buraxılıb. 

Prezidentin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə 52 siyasi məhbus azadlığa buraxılıb. Bununla da, İşçi Qrupun siyahısında 70 siyasi məhbus qalıb.

5-i Jurnalist və bloqçu ( Araz Quliyev, Seymur Həzi, Elçin İsmayıllı, Əfqan Muxtarlı, Ziya Əsədli),
 
1 – i hüquq müdafiəçisi (Əliabbas Rüstəmov),
 
8-i siyasi və ictimai fəal (Asif Yusifli, Fuad Əhmədli, Orxan Baxışlı, Saleh Rüstəmov, Aqil Məhərrəmov, Babək Həsənov, Azad Həsənov, Mirfeyzulla Seyidov (ev dustaqlığında olduğu üçün İşçi Qrup onu da siyasi məhbus hesab edir),
 
49 – u inanclı fəallar (Anar Əliyev, Sahil Rzayev, Niftəli Vəliyev, Taleh Bağırzadə, Fərhad Balayev, Cabbar Cabbarov, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Abbas Quliyev, Əli Nuriyev, Abbas Tağızadə, Əlibaba Vəliyev, Ramin Yarıyev, Abbas Hüseynov, Əbülfəz Bünyadov, Cahad Babakişizadə, Bəhruz Əskərov, Zakir Mustafayev, Şamil Abduləliyev, Ağaəli Yəhyayev, Elgün Axundov, Vüsal Alış, Nahid Qəhrəmanov, Əlibəy Şahbazov, Əmirəli Əliyev, Fərhad Muradov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Elxan İsgəndərov, Cabir Əliyev, Ramil Seyfullayev, Mübariz İbrahimov, Eldar Bünyatov, Mehman Quliyev, Mehman Məmmədov, Məhəmmədəli Axundzadə, Faiq Allahverdiyev, Əhsən Nuruzadə, Əliəsgər Cabbarov, Rza Ağali, Ziya Tahirov, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Mövsüm Səmədov, Rufulla Axundzadə, Fəramiz Abbasov, Abgül Süleymanov, Sərdar Babayev),
 
3-ü ömürlük həbs cəzasına məhkum olunanlar (Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov),
 
1-i siyasi girov (Emin Saqiyev),
 
3-ü Səid Dadaşbəyli və onunla birgə tutulanlar (Səid Dadaşbəyli, Ceyhun Əliyev, Cahangir Kərimov).

Gözətçi.az