İsa Qəmbərdən aclıq edən fəallara çağırış

İsa Qəmbərdən aclıq edən fəallara çağırış

21-01-2019 15:44 / Bu xəbər 1190 dəfə oxundu

"Aclığı dayandırın…”

Müsavat Partiyasının mərkəzi qərargahında "Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq” tələbilə aclıq aksiyası davam edir.

Yanvarın 19-dan aksiyada üç nəfər iştirak edir: Siyasi Məhbus Ailələri Mərkəzinin koordinatoru, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədov, siyasi məhbus Orxan Baxışlının atası Rafiq Baxışov, həmçinin Real Partiyasının fəalı Füzuli Hüseynov.

F.Əhmədov və O. Baxışov yanvarın 15-dən, F.Hüseynov isə yanvarın 19-dan aclıq edir.

Bu gün MSDM-in sədri İsa Qəmbər aksiya iştirakçılarını ziyarət edib. 

Aksiyanın öz məqsədlərinə çatdığını, yerli və beynəlxalq ictimaiyyətin diqqətinin Azərbaycanda siyasi məhbuslar probleminə yönəldiyini əsas gətirən İsa Qəmbər aclıq aksiyasını dayandırmağa çağırıb.

Aksiya bloger Mehman Hüseynova dəstək olaraq keçirilir. O, Cəzaçəkmə Müəssisəsinin əməkdaşını döyməsilə bağlı ona qarşı irəli sürülən yeni ittihama etiraz olaraq aclıq edir.

Bastainfo.com