İsa Qəmbər xəstəxanadan çıxdı

İsa Qəmbər xəstəxanadan çıxdı

14-03-2018 16:11 / Bu xəbər 3090 dəfə oxundu

Martın 14-də Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanadan çıxıb.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, İ.Qəmbər Ankaradakı "Hacettepe" xəstəxanasını tərk edib. 

Onun deməsinə görə, İ.Qəmbərin sağlıq durumu normaldır. 

O, bir neçə gün Türkiyədə qaldıqdan sonra Azərbaycana qayıtmalıdır.

İsa Qəmbər fevralın 28-də Türkiyəyə getmişdi. 

Onun müayinə, müalicə və bir sıra görüşlərlə bağlı Türkiyəyə getdiyi açıqlanmışdı

Müsavat Partiyasının keçmiş başqanı bu il yanvarın 13-də Bakıda ürəyində yaranan narahatlıqla bağlı xəstəxanaya yerləşdirilmişdi. 

Onun ürəyinə stend qoyulub və yanvarın 18-də xəstəxanadan evə buraxılıb.

O, Türkiyəyə getməzdən öncə Bakıda yenidən xəstəxanaya yerləşdirilmişdi.

İ.Qəmbər Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri, 1992-93-cü illərdə parlamentin sədri olub. 

Müəyyən müddət prezident səlahiyyətlərini də icra edib.

İ. Qəmbər 2014-cü ilə qədər Müsavat Partiyasına rəhbərlik edib. 

O, bu il də Müsavat Partiyasının prezidentliyə namizədi idi. 

Ancaq oktyabrda keçirilməli olan prezident seçkiləri dövlət başçısının istəyi ilə aprelin 11-nə keçirildikdən sonra partiya boykot qərarı verdi. 

Müsavat Partiyası hesab edir ki, ölkədə azad və ədalətli seçkilərdən ötrü şərait yoxdur. Hərçənd, rəsmilər bu fikri qəbul etmirlər.///azadliq.org