ETSN: Bakı və Abşeronda yağış davam edə bilər

ETSN: Bakı və Abşeronda yağış davam edə bilər

23-09-2018 16:09 / Bu xəbər 2033 dəfə oxundu

Bu gün Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yağışın bəzi yerlərdə leysan xarekterli olacağı, həmçinin şimşək çaxacağı ehtimalı var. 

Cənub-şərq küləyi 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gündüz 22-24°, axşam 20° isti olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda deyilir.

Bu gün ölkənin rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi 5-10 m/s, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 14-19°, gündüz 23-28° isti, dağlarda gecə 6-11°, gündüz 13-18° isti təşkil edəcək.