Ərdoğan Azərbaycana gəlib
10-07-2018 16:20 / Bu xəbər 1705 dəfə oxundu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Azərbaycana rəsmi səfərə gəlib.
Məlumatı AZƏRTAC yayıb.
Ərdoğanı hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.
Bu il iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib.
Seçici səslərinin 52%-ni toplayan Ərdoğan prezidenti seçilib və bu onun seçkilərdən sonra ilk rəsmi səfərdir.