Ən çox maaş alan deputatlar – Siyahı

Ən çox maaş alan deputatlar – Siyahı

14-05-2018 17:09 / Bu xəbər 1176 dəfə oxundu

Milli Məclisin sədri 3 min 712 manat maaş alacaq

Milli Məclisin üzvlərinin maaşlarının artımından sonra konkret olaraq hansı deputatın nə qədər əmək haqqı alacağı məlum olub.

"Report”un yazdığına görə, ən çox maaş alacaq deputatların siyahısı aşağıdakı kimidir.

Milli Məclisin sədri Oqtay Əsədov - 3 min 712 manat 50 qəpik, Milli Məclis sədrinin I müavini Ziyafər Əsgərov - 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavinləri Bahar Muradova və Valeh Ələsgərov - 3 min 154 manat 50 qəpik, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Hadi Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Reqional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov, İntizam komissiyasının sədri Ağacan Abıyev – hərəsi 2 min 970 manat alacaqlar.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə, İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev, Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev, Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova, Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini – Xanlar Fətiyev, Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva - hərəsi 2 min 784 manat maaş alacaqlar.

Sıravi deputatların maaşı isə 2 min 598 manatdır.

Milli Məclis üzvləri mayın 4-də "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə dəyişik edərək, maaşlarını artırıblar. 

Meydan.tv