DİM-in sınaq imtahanları baş tutmadı

DİM-in sınaq imtahanları baş tutmadı

25-03-2017 16:15 / Bu xəbər 1594 dəfə oxundu

Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün bu gün səhər saat 09.00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmayıb.

Arqument.Az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov "Facebook"da yazıb. 

Onun sözlərinə görə, DİM məlumat verib ki, server yükləndiyindən istifadəçilər sistemə daxil ola bilməyiblər: "Bu qədər də qeyri-peşəkarlıq olmaz axı. 2 milyon manat pul qazanıblar 10 gün ərzində, serverlərinə bax. Adi kursların saytındakı sınaq imtahanları bunlardan peşəkar səviyyədə hazırlanıb. Gör hələ qəbul imtahanlarında nə şou-proqramlar olacaq”.

Arqument.Az