D18 Hərəkatı da seçkini boykot etdi

D18 Hərəkatı da seçkini boykot etdi

10-02-2018 19:52 / Bu xəbər 1913 dəfə oxundu

D18 Hərəkatının 11 aprel tarixində keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

Arqument.Az-a təqdim olunan bəyanatda deyilir: 

"İlham Əliyevin sərəncamı ilə 11 aprel tarixində növbədənkanar prezident seçkiləri təyin olunub.

2016-cı ildə Konstitusiyaya edilən dəyişikliklərə əsasən prezidentə növbədənkənar seçki təyin etmək səlahiyyəti verildi. İlham Əliyev də ictimai müzakirə keçirmədən, cəmiyyətə tutarlı əsas gətirmədən səlahiyyətlərindən istifadə edərək seçkiləri 6 ay qabağa çəkdi. Bu isə siyasi institutların seçkilərdə iştirak imkanlarını məhdudlaşdırdı. Cəmiyyətlə məsləhətləşmədən qəfil belə bir qərar verilməsi totalitar idarəetmənin məntiqi nəticəsidir.

Hakimiyyətin siyasi institutlara, mediaya, QHT-lərə qarşı total hücumları davam edir, ölkədə 150- dən çox siyasi məhbus var. Seçki komissiyaları hakimiyyətin tabeçiliyindədir, yerli və beynəlxalq müşahidəçilərin seçkiləri müşahidə etməsinin faktiki qarşısı alınıb.

D18 Hərəkatı hesab edir ki, "Cümhuriyyət İli"ndə bir şəxsin 4-cü dəfə namizədliyinin irəli sürülməsi ölkədə avtoritarizmi daha da möhkəmləndirəcək. Belə şəraitdə hakimiyyətin "seçki şousunda" iştirak etmək doğru deyil və seçkilər aktiv boykot edilməlidir. Boykot siyasi kampaniyaya çevrilməli və hakimiyyətin edəcəyi total saxtakarlıqlar ifşa edilməlidir"

Arqument.Az