Ceyhun Nəbi sərbəst buraxıldı

Ceyhun Nəbi sərbəst buraxıldı

26-10-2018 18:17 / Bu xəbər 1513 dəfə oxundu

''Sosial şəbəkələrdə şərhlərimlə bağlı suallar verdilər''

Şəmkirdə oktyabın 23-də saxlanılan Ceyhun Nəbi sərbəst buraxılıb.

Bu barədə onun özü Meydan TV-yə danışıb.

Ceyhun Nəbi Şəmkir rayon polisi tərəfindən saxlanıldığını, sonra isə DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirildiyini bildirib: "Mənə sosial şəbəkələrdəki yazdığım şərhlərlə bağlı sorğu-sual verdilər. Fiziki təzyiq olmadı və gözlənilmədən də sərbəst buraxdılar”.

Ceyhun Nəbi ona heç bir ittihamın elan edilmədiyini də deyib.

C.Nəbi cümhuriyyət dövrünün araşdırıcısıdır, bu tarixdən bəhs edən "Sovetlərlə üz-üzə” kitabının müəllifidir. 

O həmçinin "Facebook” sosial şəbəkəsində Azərbaycan hakimiyyətini kəskin tənqid edirdi.

Rusiyada üç yaşayandan sonra, Şəmkirə gəlir və həmin gün də saxlanılıb.