"Bu hücum hakimiyyəti tənqid edən yazılarla bağlıdır" - Mustafa Hacıbəyli

23-02-2018 15:54 / Bu xəbər 2958 dəfə oxundu

Bastainfo.com saytı fevralın 21-dən başlayaraq trolların və hakerlərin hucumuna məruz qalıb. 

Bu haqda Arqument.Az-a saytın baş redaktoru Mustafa Hacıbəyli məlumat verib.

"Artıq iki gündür ki, saytın materiallarını paylaşmaq mümkün olmur. Məlumatlar paylaşılarkən feysbuk və digər şəbəkələrdən bildiriş gəlir ki, "Bəzi feysbuk istifadəçiləri bu materialı təhqiredici sayaraq şikayət etdiyi üçün silinib”, - Hacıbəyli bildirib. 

Onun sözlərinə görə, hücumun ilk saatlarında 200-dən artıq material silinib: "Onları bərpa edirik, əvəzində başqa materiallarımız silinir. Eyni zamanda sayta haker hucumu var. Sayta virus yüklənilir və anonim ip-lər vasitəsilə süni trafik yaradılır. Bəzi oxucularımızın telefonlarına və komyuterlərinə saytdan virus gəldiyi barədə bildirişlər gəlir.

"Basta”da heç vaxt təhqiredici materiallar dərc edilməyib. Bu şikayətlər kütləvi şəkildə  trollar vasitəsilə təşkil edilir. Səbəb "Basta”nın Azərbaycanda hakimiyyəti tənqid edən materiallara, o cümlədən hakim ailənin korrupsiya əməlləri barədə beynəlxalq jurnalist təşkilatların hesabatlarına, siyasi məhbuslar mövzusuna, müxalifətin aksiyalarına, aparıcı müxalifət partiyalarının fəaliyyətinə geniş yer verməsidir". 

"Trollar və hakerlər vasitəsilə edilən bu hücumlar siyasi senzuranın yeni üsuludur. Bunu hücumu hakimiyyət təkil edib. "Azad Söz” hələ fevralın 20-də belə bir trol hücumu olacağı barədə xəbər yaymışdı. Həmin xəbərdə Azərbaycanda 17 internet resursuna hucum barədə verilən tapşırıq ifşa edilmişdi. Meydan TV ilə başlayan və Turan TV ilə yekunlaşan həmin siyahıda "Basta”nın da adı var. Hücum məhz həmin tapşırıqda əks olunan vaxt başladı və bunun arxasında hakimiyyətin dayandığına şübhə qalmadı", - deyə baş redaktor bildirib. 

Arqument.Az