"Bu, Azərbaycan cəmiyyətinə saymamazlığın nümayişidir” - Arif Hacılı

21-02-2017 13:57 / Bu xəbər 2065 dəfə oxundu

Müsavat başqanı Arif Hacılı prezidentin xanımı Mehriban Əliyevanın birinci vits-prezident təyin olunmasına sərt təpki göstərib. 

Arif Hacılı bu barədə öz facebook səhifəsində yazıb: "Ailə Hakimiyyəti əslində çoxdan qurulmuşdu. Sadəcə, etiraf olunmurdu. Bu təyinat həm bunun etirafı, həm də Azərbaycan cəmiyyətinə açıq hörmətsizliyin, saymamazlığın nümayişidir”.

XATIRLATMA

Bu gün Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bastainfo.com