Blogerə 30 sutka həbs verildi

Blogerə 30 sutka həbs verildi

20-02-2017 18:42 / Bu xəbər 1482 dəfə oxundu

''O, polisin qanuni tələbinə tabe olmamaqda ittiham edilir''

Fevralın 20-də REAL Hərəkatının Sumqayıt təşkilatının fəalı, bloger Rahim Şaliyevin saxlanıldığı deyilir. 

Bu barədə məlumatı təşkilatın fəalı Elkin Xəlil yayıb. 

O bildirib ki, Rahim Şaliyevi REAL-dakı fəaliyyətinə görə yox, bloger olduğu üçün saxlayıblar: 

"Respublikaçı Alternativin Sumqayıt Məclisinin fəalı, jurnalist Rahim Şalıyev 30 sutka müddətində azadlıqdan məhrum edildi. Ona polisin qanuni tələbinə tabe olmamaq ittihamı irəli sürülüb. Rahim Şaliyevə qarşı irəli sürülən ittiham absurddur".