Bəzi yerlərdə yağış, dolu gözlənilir
15-06-2018 15:57 / Bu xəbər 2917 dəfə oxundu
İyunun 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı bildirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 18-20, gündüz 26-31 dərəcə isti olacaq.
İyunun 16-da Azərbaycanın bəzi rayonlarında isə arabir şimşək çaxacağı, yağış yağacağı bildirilir.
Bəzi şimal rayonlarında yağışın leysana keçəcəyi, dağlıq ərazilərə dolu düşəcəyi ehtimal edilir.
Gecə 9-16, gündüz 27-35 dərəcə isti təxmin edilir.