AXCP üzvü Rövşən Quliyev həbs edilib

AXCP üzvü Rövşən Quliyev həbs edilib

19-02-2019 14:36 / Bu xəbər 1247 dəfə oxundu

Əli Kərimli: ''İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən Quliyevin həyatı üçün məsuliyyət daşıyırlar''

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvlərindən biri, uzun müddət partiyanın Rəyasət Heyətində təmsil olunmuş iqtisadçı Rövşən Quliyevin həbs olunduğu bildirilir.

Bu barədə Meydan TV-yə məlumat verən AXCP sədri Əli Kərimlinin sözlərinə görə, Rövşən Quliyev fevralın 18-də həbs olunub. 

Onun evində axtarış aparılıb və şəxsi kompüteri götürülüb.

Əli Kərimli Rövşən Quliyevin həbsini siyasi motivli sayır: "Ailəsindən aldığım məlumata görə, Rövşən bəy DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb. Artıq ailəsi vəkil də tutub".

Əli Kərimli qeyd edib ki, Rövşən Quliyev 5 il əvvəl səhhətində yaranan problemlə əlaqədar siyasi fəaliyyətdən uzaqlaşmışdı: "Bu səbəbdən ailəsi onun müalicəsi ilə məşğul idi. İlham Əliyevin və Ramil Usubovun nəzərinə çatdırıram ki, onlar Rövşən Quliyevin həyatı üçün məsuliyyət daşıyırlar”.