Arif Hacılıdan mitinq təklifinə münasibət

Arif Hacılıdan mitinq təklifinə münasibət

25-03-2017 19:37 / Bu xəbər 2225 dəfə oxundu

Sosial şəbəkədə kütləvi etiraz aksiyalarının zəruriliyi barədə müzakirələr yenidən aktuallaşıb. 

Müxalifətin aparıcı təşkilatlarında mitinq müzakirələrinin başlandığı bildirilir.

Müsavat başqanı Arif Hacılı bastainfo.com-a açıqlamasında siyasi məhbuslara azadlıq və digər tələblərlə müxalifətin mitinq keçirməsi təklifi ətrafında müxtəlif təşkilatlar arasında məsləhətləşmələrin aparıldığını təsdiqləyib: 

"Hələ Novruz bayramından əvvəl Emin Hüseynovun və digər ictimai fəalların irəli sürdüyü Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq şüarı altında birgə mitinq təklifini Müsavatda müzakirə edib, buna birmənalı müsbət cavabımızı vermişik. Hakimiyyət siyasi məhbusları azad etmək üçün daha bir şansı əldən verdi, əfv fərmanında cəmi bir neçə məhbusu azad etməklə kifayətləndi. Bu səbəbdən həm siyasi məhbuslar məsələsi, həm dərinləşən iqtisadi böhran, həm də artmaqda olan sosial problemlərlə əlaqədar cəmiyyətin hakimiyyətə qarşı təzyiqlərinin artırılması zərurudir”.

"Hələlik müxalifətdə olan bəzi təşkilatların bu təkliflə əlaqədar mövqeyi qətiləşmədiyi üçün müzakirələr martın 27-dək təxirə salınıb. Bayramdan sonra ilk iş günündə bu məsləhətləşmələr davam edəcək və ümid edirəm ki, müsbət qərar veriləcək”, – Arif Hacılı bildirdi.

Arqument.Az