ABŞ Suriyada 200 rus əsgərini öldürdü

ABŞ Suriyada 200 rus əsgərini öldürdü

14-02-2018 12:07 / Bu xəbər 3644 dəfə oxundu

"Bloomberg": "ABŞ-ın hücumu nəticəsində Suriyada 200-ə yaxın Rusiyalı muzdlu əsgər ölüb"

ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın fevralın 7-də Suriyanın Deyr- ez-Zor vilayətindəki neft-qaz yataqlarına ələ keçirməyə çalışan hərbi qruplaşmaları bombalaması nəticəsində azı 200 nəfər həlak olub və onların çoxu müqavilə əsasında səfərbər olunan Rusiyalı əsgərlərdir.

Bu sensasion məlumatı bu gün Bloomberg hadisənin şahidi olan Rusiyalı mənbələrə istinadən yayıb.

Məlumatda bildirilir ki, bombardman nəticəsində həlak olanlar prezident Bəşər Əsədi rejimini müdafiə edən hərbi qruplaşmaların üzvləridir. 

Suriyada təhlükəsizlik işlərinə cəlb edilən Rusiyalı biznesmen Aleksand İonov The New York Times qəzetinə açıqlamasında fevralın 7-də baş verən bombardmandan sonra əksəriyyətinin ruslar olduğu 200 nəfərə yaxın hərbçinin həlak olduğunu təsdiqləyib.

Məlumat Rusiyanın bəzi KİV orqanlarında da təsdiqini tapıb. 

Znak.com fevralın 7-də 30 nəfərin həlak olduğu haqda ilkin məlumat alındığını, sonrakı günlərdə bu rəqəmin 217 nəfərə çatdığını bildirib. 

«Новая газета» isə fevralın 7-də Suriyada 13 Rusiyalının həlak olduğu, 15 nəfərin isə yaralandığı haqda məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiyanın hərbi qərargahı Pentaqondan aldığı sorğuya cavab olaraq, Conoco neft-qaz yatağına hücuma keçən hərbçilərin arasında rusların olmadığı haqda ABŞ-a məlumat veriblər.  Bundan sonra ABŞ həmin hərbi qruplaşmanı artilleriya və bombardmançı təyyarələr vasitəsilə atəşə məruz qoyub. 

Pentaqon bildirib ki, 7 fevral hücumu neft-qaz yataqlarına edilən hücumlara cavab tədbiri olub.

Kreml əvvəlcə fevralın 7-də cəmi 4 Rusiyalı hərbçinin həlak olduğunu təsdiqləyib. Daha sonra isə bildirilib ki, Suriyadakı döyüşlərdə Rusiya Silahlı Qüvvələrinə aid olmayan rusların da iştirak etdiyi istisna olunmur. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Bloombergin məlumatını təkzib etməsə də, bu məlumatların dəqiq yoxlanmasına ehtiyac olduğunu qeyd edib.///bastainfo.com