ABŞ ATƏT-in Azərbaycanda keçirilmiş seçkilərlə bağlı rəyini dəstəklədi

ABŞ ATƏT-in Azərbaycanda keçirilmiş seçkilərlə bağlı rəyini dəstəklədi

17-04-2018 11:25 / Bu xəbər 2716 dəfə oxundu

"ABŞ Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı ATƏT-in Seçkiləri Müşahidə Missiyasının rəyini bölüşür”.

"Turan” Agentliyinin Vaşinqton müxbirinin Azərbaycanda keçirilmiş seçkilərə ABŞ-ın münasibəti ilə bağlı sualına Dövlət Departamentində belə cavab verilib.

Departamentin cavabında daha sonra deyilir: "Biz Müşahidə Missiyasının seçkilərin fundamental azadlıqların kəskin məhdudlaşdırıldığı, gerçək rəqabətin olmadığı şəraitdə keçirilməsi rəyini bölüşürük.

Seçki günü prosedurlara geniş miqyasda sayğısızlıq, şəffaflığın olmamaması, çoxlu sayda qanun pozuntuları, o cümlədən qutulara topa şəklində bülletenlərin atılması barədə qeydlərini də bölüşürük.

ABŞ İlham Əliyev hökuməti və azərbaycan xalqı ilə mühüm ikitərəfli və regional problemlərin, o cümlədə fundamental insan hüquq və azadlıqlarının, iqtisadi inkişafın, rifahın təmin edilməsi, terrorizmlə mübarizə, Minsk Qrupu çərçivəsində daha aktiv iştirak etməklə Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına nail olmaq istədiyini vurğulamağı vacib hesab edir”.