2 ton narkotik tutulub

2 ton narkotik tutulub

19-11-2018 16:30 / Bu xəbər 1396 dəfə oxundu

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb.

AZƏRTAC-ın məlumatına görə, bunu Azərbaycan baş nazirinin müavini Əli Həsənov BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt-komissiyasının 53-cü sessiyasında deyib.

Baş nazirin müavini vurğulayıb ki, 2018-ci ilin 10 ayı ərzində 2 min 655 fakt üzrə 2 ton 286 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb. Onlardan 1 ton 177 kiloqramını heroin təşkil edib.

Noyabrın 19-da Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının 53-cü sessiyası keçirilir.

Tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC) və Azərbaycan Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilib.